ABŞ rəsmiləri gizli şəkildə iri banklardan bəzi Rusiya şirkətləri ilə işini davam etdirmələrini xahiş edirlər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" agentliyi adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ölkənin Xəzinədarlıq və Dövlət Departamenti şirkətləri "JPMorgan" və "Citigroup" də daxil olmaqla, sanksiyalardan qismən azad edilən bəzi Rusiya şirkətlərinə xidmət göstərməyə davam etməyə çağırır. Bunun motivinin qlobal iqtisadi böhran ehtimalını azaltmaq olduğu iddia edilir.
Məlumata görə, Rusiya şirkətləri arasında dövlətə məxsus qaz nəhəngi "Qazprom" və gübrə istehsalçısı "PAO Uralkali" də var:
"Rəsmilər banklardan firmalara ABŞ dolları ilə hesablaşmalar, pul köçürmələri və ticarətin maliyyələşdirilməsi təklifləri kimi əsas xidmətləri göstərməyə davam etməyi tələb edirlər", - məlumatda vurğulanıb.