İlon Mask “Tesla”nın daha 4 milyard dollarlıq səhmlərini satdı

12:06 9 Noyabr 2022

İlon Mask “Twitter”i alandan cəmi bir həftə sonra “Tesla” şirkətindəki səhmlərinin bir hissəsini satışa çıxarıb.

Sitat.info report-a istinadən xəbər verir ki, 4-8 noyabr tarixləri arasında sahibkar şirkətin 3,95 milyard ABŞ dolları dəyərində 19,5 milyon ədəd səhmini satıb.

Qeyd edilir ki, noyabr ayının əvvəlindən “Tesla”nın qiymətli kağızlarının dəyəri bir səhm üçün 227 ABŞ dollarından 191 ABŞ dollarına düşüb. İlin əvvəlindən Mask şirkətin 19 milyard dollarlıq səhmlərini satıb.

Xatırladaq ki, oktyabrın 27-də Mask 44 milyard ABŞ dollarına “Twitter” sosial şəbəkəsini alıb. Bundan dərhal sonra iş adamı şirkətin rəhbərliyində olan bəzi şəxsləri işdən çıxarıb. O, işçi heyəti demək olar ki, iki dəfə azaltmağı planlaşdırır.



Xəbər xətti