NATO-nun növbəti sammiti 2023-cü il 11-12 iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.
Sitat.info “TASS”a istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberq qeyd edib ki, alyans ölkələrinin liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını və Ukraynaya yardımın davam etdirilməsini nəzərdən keçirəcəklər.