ABŞ Dövlət Departamenti keçmiş səfir Cefri Payetti Rusiyanın kütləvi hava hücumlarından sonra Ukraynaya enerji sektorunun bərpasına kömək üçün koordinator təyin edib.
Sitat.info "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə departamentin nümayəndəsi Ned Prays brifinqdə deyib.
O qeyd edib ki, Payett 2016-cı ilə qədər ABŞ-ın Ukraynadakı səfiri vəzifəsində çalışdığı üçün bu vəzifə üçün ən layiqli namizəddir.
"Rusiyanın bu qış istilik və elektrik enerjisini kəsmək cəhdlərinə baxmayaraq, Ukrayna hökumətinin möhkəm və güclü yardıma ehtiyacı olacaq. Putin döyüş meydanında uğursuzluğa düçar oldu, ona görə də indi Ukraynanın mülki infrastrukturuna qarşı müharibə aparır", - Prays qeyd edib.