Ərdoğan Atatürkü belə andı

10:52 10 Noyabr 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkü vəfatının 84-cü ildönümündə saat 09:05-də sosial media hesabından paylaşdığı mesajla anıb.

Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

"Müstəqillik mübarizəmizin baş komandanı və Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamalı vəfatının 84-cü ildönümündə hörmət, rəhmət və minnətlə anıram", - Ərdoğan bildirib.

Eyni zamanda Ərdoğan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbiri ziyarət edib.



Xəbər xətti