Yaralı fotosu ilə müharibənin simvoluna çevrildi, indi vəziyyəti belədir: "3 əməliyyat keçirdim..."

13:21 10 Noyabr 2022

Rusiya-Ukrayna müharibəsində sarıqlı siması ilə dünyanın simvoluna çevrilən Olena Kurilo ilk dəfə müsahibə verib. Onun fotosu bütün dünyada manşetlərdə öz yerini tutsa da, Kurilo Rusiya mətbuatında yer alan “O, aktrisadır, şəkil 5 il əvvələ aiddir” iddialarına da cavab verib.


Sitat.info xəbər verir ki, fevralın 24-də Ukraynanın Xarkov vilayətində Anadolu Agentliyinin fotomüxbiri Volfqanq Şvan tərəfindən çəkilən və  müharibənin simvoluna çevrilən fotodakı qadın Olena Kurilo "Ukraynanın Putin üzərində qələbəsi bütün dünyanın qələbəsi olacaq"- deyib. 

Kurilo AA-ya ilk müsahibəsindən 9 ay sonra yenidən danışıb.
“Mən əməliyyat olunmalı idim və Ukraynadakı klinikalar məni qəbul etmədi, amma ingilis jurnalistləri və qəzetləri sayəsində Polşada 3 əməliyyat keçirdim”. Kurilo Londonda əməliyyat olunacağını və görmə qabiliyyətinin 50 faizini bərpa etmək şansının olduğunu bildirib.

"Ukrayna müharibəsinin siması oldum, lakin bunun təsadüf olmadığını başa düşdüm. Bunun bir məqsədi olduğunu və mənim missiyam olduğunu anladım. İndi mənim missiyam insanlara kömək etməkdir", - Kurilo deyib.

Kurilo daha çox Ukraynadan danışıb, çünki indi onun vəzifəsi Ukraynanın qələbəsinə kömək etmək, ölkəsini dəstəkləmək və Ukraynanın səsini mümkün qədər eşitdirməkdir.

Kurilo bildirib ki, Rusiya mətbuatının onun "aktrisa olduğunu və şəklin 5 il əvvələ aid olduğunu" iddia etməsini eşidəndə şoka düşüb.


Əvvəlcə çox təəccübləndim, amma sonra bütün bunları görəndə gülümsəməyə başladım. Dedilər ki, zabitəm. Onlar başqa qadınların şəkillərini tapıb istifadə etməyə çalışırdılar, amma onlar  mənə bənzəmirdilər”, - deyən Kurilo Rusiya mətbuatındakı xəbərlərə aydınlıq gətirmək üçün müsahibə verdiyini vurğulayıb.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti