“Rusiya-Ukrayna müharibəsində döyüşlər səngiyəcək. Bu hava şəraiti ilə əlaqədardır, hər yerə qar yağıb. Müharibə dayanmayacaq, ancaq müharibənin tempi aşağı düşəcək. Zaman-zaman hücumlar da olacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Onun sözlərinə görə, Rusiyanın silah arsenalı tükənir: "Bu gün mətbuatı izləyirəm, bir Qərb eksperti hesablayıb ki, Rusiyanın cəmi 120 “İsgəndər” raketi qalıb. Halbuki, bu raketlər 1000-ə yaxın idi. Ümumiyyətlə, təkcə bu raketlər yox, digər raketlərin də sayı tamamilə azalıb".
Hərbi ekspert bildirib ki, Rusiya Ukraynanı danışıqlar masasına gətirməyə maraqlıdır: “Bu gün Rusiyanın əsas məqsədi Ukraynanı danışıq masasında görməkdir. Düşünmürəm ki, Ukrayna Rusiya ilə heç bir halda danışıqda bir araya gəlməyəcək. NATO-nun baş katibi Stoltenberq çıxışında da açıq şəkildə bildirdi ki, Rusiyanın diqtəsi və şərtləri ilə Ukraynanın danışıqlara getməsini NATO arzulamır. Bu təkcə Stoltenberqin arzusu deyil, bütün NATO ölkələrinin arzusudur”.
Məğrur,
Sitat.info