İran İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı general Əmir Əli Hacızadə hava hücumundan müdafiə sistemlərindən yan keçə bilən hipersəs ballistik raket hazırladıqlarını bildirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İran generalı bu gün paytaxt Tehranda jurnalistlərə verdiyi açıqlamada hipersəs ballistik raketi istehsal etdiklərini açıqlayıb.
İstehsal etdikləri raketin hava hücumundan müdafiə sistemlərinə tab gətirə biləcəyini bildirən Hacızadə, “İllər keçsə belə, hipersonik ballistik raketlərə tab gətirə biləcək bir hava hücumundan müdafiə sistemi yaradıla bilməz. Bu, yeni nəsil raket texnologiyaları sahəsində böyük inkişafdır”, - deyə bildirib.
Hipersonik raketlər saatda 6125 kilometr və daha yüksək sürətə çata bilir. Səs sürətindən təxminən 5 qat daha sürətlə hərəkət edə bilən bu raketləri dayandırıb məhv edə biləcək hava hücumundan müdafiə sistemlərinin olmadığı bildirilir.
Seymur,
SİTAT.İNFO