Kiyev, Xarkov və Xerson... Doqquzuncu ayını tamamlamaq üzrə olan müharibədə Rusiyanın Ukraynanı işğal cəhdində üçüncü biabırçı addım atılır. Rusiya fevralın 24-dən bəri ələ keçirdiyi ərazilərdən qaçır.
Yayın əvvəlində rus ordusunu dayandıran və mövsümün sonunda əks-hücuma başlayan ukraynalılar sürpriz bir gedişlə əvvəlcə ölkənin ikinci böyük şəhəri, Rusiya sərhədində yerləşən Xarkovu işğalçılardan təmizlədilər. Bir neçə gün ərzində ildırım sürəti ilə Donetsk və Luqanska çatan Ukrayna ordusunun növbəti hədəfi cənubun əsas şəhəri Xerson olub.
Sentyabrdan bəri ukraynalılar Vladimir Putinin 2014-cü ildə zəbt etdiyi Krım və Xersonu birləşdirən körpüləri uçurub.
Dnepr çayı üzərindəki körpülər Amerikanın HIMARS raketləri ilə bir-bir vurularkən, Ukrayna ordusu oktyabra daxil olan kimi sürətlə Xersona doğru irəlilədi.
Moskva saxta referendumla “ilhaq” qərarı aldığı Xersonda hərbi vəziyyət elan etdi və mülki əhalini təxliyə etməyə başladı.
Müharibədən əvvəl 300 min əhalisi olan Xersonda qalan on minlərlə dinc sakin qayıqla Krıma aparılıb. Ukraynalıların mühasirəyə alınması həftələrdir gündəmdə olsa da, rus ordusunun şəhəri tərk edəcəyi yazılıb . Rusiya lideri Putinin yeni məğlubiyyətə imza atıb-atmayacağı müzakirə edilərkən, noyabrın 9-da yayılan video dünyanı şoka saldı.