Britaniya Rusiyanın 20 milyard dollarlıq aktivlərini dondurdu

21:54 10 Noyabr 2022

Böyük Britaniya Rusiyanın 18,4 milyard funt sterlinq (20,9 milyard dollar) məbləğində aktivlərini dondurub.

Sitat.info “Bloomberg”ə istinadən xəbər verir ki, ölkə rəsmiləri bildiriblər ki, buna səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı hücumlarını davam etdirməsidir.

Bura maliyyə aktivləri, o cümlədən səhmlər və pul vəsaitləri daxildir.

Qeyd edək ki, ölkə Rusiyaya qarşı sanksiyaları davam etdirmək üçün Maliyyə Sanksiyalarının İcrası İdarəsinin işçilərinin sayını iki dəfə artırıb.



Xəbər xətti