Rusiya Xersondan çəkilməyə qərar verdi. Xerson Ukraynanın tanımadığı referendumdan sonra Rusiya tərəfindən ilhaq edilmiş dörd ərazidən biri idi. Bu addımın Rusiya Federasiyası üçün mənası vacibdir. Ukrayna-Rusiya müharibəsində əldə olunan son məqam nəyi göstərir?
Sitat.info "TRT Haber"-ə istinadən xəbər verir ki, Ukrayna ilə Rusiya arasındakı gərginliyin son illərin ən böyük müharibəsinə çevrilməsindən sonrakı proseslər dünyanı heyrətləndirən bir çox mühüm hadisələrə şahidlik edib.
Fevralın 24-də başlayan müharibə 9-cu ayında da davam edir. Rusiyanın açıqladığı son qərar meydanı yenidən aktivləşdirib.
Məlum olduğu kimi, Ukrayna, Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərindəki separatçı administrasiyalar Rusiyaya birləşmək üçün referendum keçirəcəklərini bəyan etmiş, daha sonra isə Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də ölkəsində qismən səfərbərlik elan etmişdi.
Bu inkişaflar Putinin separatçı bölgələrdə qondarma referendumun nəticəsini tanıması ilə müşayiət olundu. Rusiyanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin ilhaqını qeyri-qanuni adlandıran Ukrayna da boş durmayıb.
Volodimir Zelenski Rusiyanın qəbul etdiyi qərarları ləğv edən fərman imzalayıb.
Zelenskinin həmin gün imzaladığı digər fərman isə Ukrayna Milli Təhlükəsizlik Şurasının Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı Putinlə danışıqların mümkün olmadığını bildirən fərmanı olub.
Bu gün gəlinən məqam o oldu ki, Rusiya qeyri-qanuni ilhaq edilmiş rayonlardan biri olan Xersondan çəkilmək qərarına gəlib.
Bu barədə qərarı Rusiyanın Ukraynadakı qoşunlarının komandanı Sergey Surovikin açıqlayıb. Surovikinin hesabatları arasında son vaxtlar Ukraynadakı rus qoşunlarının döyüş qabiliyyətinin artdığına dair məlumatlar da var idi.
Səfərbərliyə cəlb edilmiş vətəndaşların və könüllülərin sayəsində hərbi hissələrin döyüş və say gücü artırılıb, əlavə ehtiyatlar yaradılıb”.
Bundan başqa, Dnepr çayı üzərindəki bir neçə körpünün Ukrayna raketləri tərəfindən vurulması nəticəsində Rusiya qüvvələrinin təchizatı çətinləşib.
Surovikin açıqlamasında artıq şəhərə təchizat xətlərini saxlamağın mümkün olmadığını bildirib. Bu halda Rusiyanın əlində olan yeganə regional paytaxt Xerson geri çəkilmə qərarı ilə Ukraynaya buraxıldı.
Bununla da Xersondan keçən Dnepr çayının qərb sahilindəki bütün rus qoşunları geri çəkiləcək.
Rusiya müharibədə ilhaq etdiyi bölgələrdən ilk dəfə çəkilir, digər tərəfdən bu vəziyyətin Rusiya Federasiyası üçün başqa mənası var. Çünki tarixində ilk dəfə olaraq torpaqlarının bir hissəsini itirdi.
Digər tərəfdən, Moskva Ukrayna ordusunun hücumları nəticəsində ötən ay Xersonda dinc əhalini təxliyə etmək qərarına gəlib. Son iki həftə ərzində şəhərdən 115 mindən çox insan ilhaq edilmiş digər ərazilərə və ya birbaşa Rusiyaya təxliyə edilib.
Ekspertlər düşünürlər ki, Xerson şəhərinin itirilməsi müharibənin gedişatını dəyişə bilər. Bölgə Krım-Rusiya əlaqəsi və Qara dənizə nəzarət baxımından əhəmiyyətli hesab edilir. Çünki bu qazanc Ukraynanı 2014-cü ildə qeyri-qanuni ilhaq edilmiş Krıma yaxınlaşdırır. Ukraynanın qərbdən aldığı qabaqcıl texnologiyalar və Hımars kimi 80 km mənzilli raketləri nəzərə alsaq, Xersondakı nəzarətin başqa yerlərə necə təsir edəcəyi daha aydın görünür.
Bundan əlavə, Xersonda mümkün məğlubiyyətin Zaporojya bölgəsinin itirilməsinə yol açacağına dair şərhlər verilir.
Seymur,
SİTAT.İNFO