ABŞ dünyanın 50-dən çox ölkəsinin iştirakı ilə Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn formatında) yeddinci iclasını keçirəcək.
Sitat.info xəbər verir ki, bunu Pentaqonun sözçüsü Sabrina Sinq deyib.
Sinq bildirib ki, iclas gələn həftə çərşənbə günü onlayn olacaq:
“Gələn həftə dövlət katibi (Blinken – red.) Ukraynanın müdafiəsi üzrə təmas qrupunun yeddinci iclasını keçirəcək. Bu görüş virtual olaraq Pentaqonda baş tutacaq və təxminən 50 ölkənin dövlət katibi və müdafiə nazirinə Ukraynanın suverenliyini Rusiyanın gələcək təcavüzündən müdafiə vasitələri ilə təmin etmək səylərini müzakirə etməyə imkan verəcək”.
O, Ukraynaya planlaşdırılan yeni silahların təhvil verilməsi ilə bağlı təfərrüata varmayıb.
/Axar.az