Bu şəhərdə 800 məzar qazıldı: Əhali narahat oldu -FOTOLAR

12:59 11 Noyabr 2022

Qışda temperaturun  mənfi 30 dərəcəyə qədər endiyi Ərzurumda texnikanın köməyi ilə yüzlərlə “qış məzarı” qazılıb. Bələdiyyə işçiləri də qəbirləri bel və kürəklərlə düzəldiblər. 

Bu görüntülər Ərzurum sakinlərini narahat etsə də,  bələdiyyə işçiləri açıqlama verib ki, kəskin soyuqların yaşandığı şəhərdə qışda donmuş torpaq daş kimi olur və məzar qazmaq çətinləşir: ""Bura qar yağan şəhərdir, qışda qəbir qazmaq çox çətindir. Payızda dəfn yerlərinin hazırlanması bizim üçün böyük rahatlıqdır. Çünki vaxtaşırı qarın həddindən artıq yağdığı, buzlaşmanın olduğu günlər olur".


Onlar narahatlıqlara belə cavab veriblər: " Ölüm bizim əlimizdə olan bir şey deyil, yeri gələndə ölənlər mütləq basdırılacaq. Ona görə də indidən hazırlıq görürük ki, qışda rahat olsun”.
"Arzu edirik ki, heç kim ölməsin. Amma həyat gəlib bir anda dayanır. Bu vəzifə də yerinə yetirilməlidir. Vətəndaş istəyəndə evin qarşısında da başsağlığı çadırı qururuq. Ərzurumda yas mərasimlərində hər bir xidməti təmin edirik ki, vətəndaşlar heç bir problem yaşamasın" - deyə başqa bir bələdiyyə işçisi bildirib. 

Gülsüm,

SİTAT.İNFO



Xəbər xətti