Kremldən Xersonun statusu barədə açıqlama

14:39 11 Noyabr 2022

Rusiya qoşunlarının Xersondan Dnepr çayının sol sahilinə çəkilməsi ilə əlaqədar olaraq Xerson vilayətinin statusunda heç bir dəyişiklik edilməyəcək.

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

“Xerson Rusiyanın subyektidir. Onun statusu qanunla müəyyən və təsbit edilib. Burada heç bir dəyişiklik ola bilməz”, - deyə Peskov qeyd edib.

/Qafqazinfo

 

 



Xəbər xətti