ABŞ Ukraynaya göndərmək üçün Cənubi Koreyadan 100 min haubitsa mərmisi alacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü polkovnik-leytenant Marti Mayners ölkəsinin Cənubi Koreyadakı özəl müdafiə sənayesi sektorundan sursat almaq üçün danışıqlar apardığını açıqlayıb.
Mayners Cənubi Koreyanın regional təhlükələrə qarşı müdafiə hazırlığını çətinləşdirməmək üçün Seulun öz hərbi anbarından sursat almayacaqlarını bildirib.
Digər tərəfdən, Cənubi Koreya hökuməti Ukraynaya ölümcül olmayan dəstək prinsipini saxlayır. Ona görə də Cənubi Koreya güllələri birbaşa Ukraynaya göndərmək əvəzinə ABŞ-a satmaqla bu prinsipi qorumağı hədəfləyir.
Rusiyanın Xerson şəhərindən çəkilməsi elanı ilə gündəmə gələn Cənubi Koreyadan 100 min haubitsa mərmisinin alınması ilə bağlı razılaşmanın bütün detalları hələlik paylaşılmayıb. Pentaqon rəsmiləri Cənubi Koreya ilə razılaşma ilə öz sursat ehtiyatlarına təzyiqin azalacağını bildirib.
Cənubi Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada ABŞ-ın silah-sursat ehtiyatlarına dəstək üçün bəzi top mərmilərinin satışı ilə bağlı danışıqların davam etdiyi paylaşılıb.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın aprel ayında Mariupola hücumundan sonra Cənubi Koreyadan silah və sursat tələb edib. Bununla belə, Cənubi Koreya Müdafiə Nazirliyi Zelenskinin zenit silahları ilə bağlı tələbini yerinə yetirə bilməyəcəklərini və yalnız ölümcül olmayan yardım göstərə biləcəklərini açıqlayıb. Rusiyanın Ukraynaya təcavüzündən bəri Cənubi Koreya Avropa ölkələri ilə təhlükəsizliklərini artırmaq üçün silah müqavilələri imzalayıb.
Seul Polşaya təxminən 9 milyard dollar dəyərində F-16 döyüş təyyarələri, təlim təyyarələri, tanklar və haubitsalar satıb.
Pentaqondan verilən açıqlamada Cənubi Koreyanın ABŞ da daxil olmaqla bütün müttəfiqlərinə silah verdiyi bildirilib.
Seymur,
SİTAT.İNFO