“Putin Ukraynanı tərk edənə qədər münaqişənin həll olunacağını düşünmürəm”, - ABŞ prezidenti Co Bayden bildirib

16:56 11 Noyabr 2022

“Putin Ukraynanı tərk edənə qədər münaqişənin həll olunacağını düşünmürəm”, - ABŞ prezidenti Co Bayden bildirib.

Sitat.info xəbər verir ki, Bayden bu sözləri Şimali Afrika və Asiyaya səfər etmək üçün Ağ Evi tərk etməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

Çin prezidenti Si Cinpinlə görüşünün məhsuldar olub-olmayacağı ilə bağlı suala Bayden, "Danışıqlarımın həmişə məhsuldar olduğuna inanıram" deyə cavab verib.

Rusiya-Ukrayna müharibəsində həll yolunun nə olacağı sualına O, “Putin Ukraynanı tərk edənə qədər münaqişənin həll olunacağını düşünmürəm". cavabını verib.

Seymur,

SİTAT.İNFO



Xəbər xətti