Rusiya Baydenin qardaşları və bacısına sanksiya tətbiq edib

21:33 11 Noyabr 2022

Rusiya ABŞ prezidentii Co Baydenin iki qardaşına və bacısına sanksiya tətbiq edib.

Bu gün Rusiya Xarici İşlər Nazirliyi Federasiya ərazisinə girişi qadağan olunan 200 ABŞ vətəndaşının siyahısını dərc edib. Siyahıda ABŞ prezidenti Co Baydenin iki qardaşı, Ceyms və Frensiz Baydenlər, bacısı Valeri Bayden Ouens yer alıb.

Rəsmi Moskvanın "stop siyahısı"na Ağ Evin mətbuat katibi Karin Jan-Pier də düşüb.//APA

 



Xəbər xətti