Sosial şəbəkələrdə Ukrayna qüvvələrinin Xersona daxil olmasını və ictimai binalara qaldırılan Ukrayna bayrağını əks etdirən görüntülər yayılıb.
Sitat.info xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak öz Twitter hesabında yazdığı yazıda “11.11.22” tarixini yazıb.
Telegram-da “Xerson News” kanalında paylaşılan videoda bir ukraynalı əsgər Xersona daxil olduqlarını bildirib.
Xersonun mərkəzindəki inzibati binanın qarşısındakı abidənin bünövrəsinə qoyulan Ukrayna bayrağı və Avropa İttifaqının bayrağı diqqət çəkib.
Telegram-da başqa bir görüntüdə isə yaşayış məntəqəsində ukraynalı əsgərlərə gül atıldığı, kəndlilərin qucaqlaşıb ağladığı görülüb.Ukrayna əsgərləri Rusiya qüvvələrinin qaldığı komanda mərkəzlərini və istifadə etdikləri əşyaları göstəriblər.
Digər tərəfdən fərqli görüntüdə rus əsgəri Xersonun sağ və sol sahillərini birləşdirən Dnepr çayı üzərindəki Antonovskiy körpüsünün partladıldığı görüntüsünü paylaşıb.
Rusiya Müdafiə Nazirliyi qərar vermişdi ki, Xerson şəhərindəki müdafiə xətti tamamilə Dnepr çayının sol sahilinə çəkilsin.
Qeyd edək ki, Xerson, Ukraynanın Donetsk, Luqansk və Zaporojye vilayətləri ilə birlikdə Rusiya prezidenti Vladimir Putinin sentyabrın 30-da imzaladığı sənədlərlə qanunsuz olaraq ilhaq edilib.
Seymur,
SİTAT.İNFO