Araşdırma: Covid-19-a təkrar yoluxma ölüm riskini artırır?

23:12 11 Noyabr 2022

ABŞ-da aparılan bir araşdırma, peyvənd olunmasından asılı olmayaraq ikinci dəfə Covid-19-a tutulmanın xəstəxanaya yerləşdirmə, ciddi sağlamlıq problemləri və ölüm riskini əhəmiyyətli dərəcədə artırdığını ortaya qoydu.

Sitat.info-nun məlumatına gp, Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb Fakültəsi tərəfindən aparılan araşdırma ABŞ Veteranlarla Əlaqələr Departamentinin 1 mart 2020-ci il və 6 aprel 2022-ci il tarixləri arasında əsasən kişilərdən ibarət olan məlumatlara əsaslanıb.

Müvafiq olaraq, iki və ya daha çox dəfə Covid-19-a yoluxan 40 min 947 nəfərin məlumatları xəstəliyə bir dəfə yoluxan 443 min 588 və heç vaxt tutulmayan 5,3 milyon insanın məlumatları ilə müqayisə edilib.

Ölüm riski 2 dəfə, xəstəxanaya yerləşdirmə riski isə 3 dəfə yüksəkdir.

Nature Medicine jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, Covid-19-a təkrar yoluxanların ölüm riskinin bir dəfə xəstələnənlərlə müqayisədə iki dəfə, xəstəxanaya yerləşdirilmə riskinin isə üç dəfə artdığı anlaşıldı.

İki və ya daha çox dəfə xəstələnənlərdə ağciyər, ürək, qan, böyrək, şəkərli diabet, psixi pozğunluqlar, sümük, əzələ və nevroloji problemlərə tutulma riskinin artdığı görüldü.

Müvafiq olaraq, Covid-19-a təkrar yoluxanlarda ağciyər və ürək problemlərinin yaranma ehtimalı 3 dəfə, nevroloji problemlərin yaranma ehtimalı isə 60 faiz artıb.

Seymur,

SİTAT.İNFO



Xəbər xətti