London Ukraynaya zenit-raket kompleksləri verir
Böyük Britaniya hökuməti Ukraynaya hərbi yardımı daha da gücləndirir.
Bu barədə ölkənin müdafiə naziri Ben Uolles İcmalar Palatasındakı çıxışında məlumat verib.
Nazir bildirib ki, Rusiya işğalı başlanandan indiyədək Ukraynaya 3615 NLAW tank əleyhinə raketləri, atıcı silahlar və sursat çatdırıblar:
"Yaxın vaxtlarda Javeline tank əleyhinə komplekslərin tədarükünə başlayacağıq. Eyni zamanda Ukrayna hökumətinin xahişi ilə biz onlara Starstreak daşınar zenit-raket komplekslərinin çatdırılması qərarına gəlmişik. Biz anlayırıq ki, bu silahlar müdafiə üçündür, amma hesab edirik ki, ukraynalı dostlarımızın öz səmalarını daha yaxşı qoruması üçün vacibdir".
Qeyd edək ki, Starstreak aşağı hündürlüklə uçan təyyarə və helikopterlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulan özüyeriyən zenit-raket kompleksidir.