Zelenskinin ofisi: 20 mindən çox insan humanitar dəhlizlə təxliyə edilib

20:45 9 Mart 2022

Ukraynadan 20 mindən artıq insan 25 avtobus və 6 min şəxsi avtomobillə təxliyə edilib.

 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Volodimir Zelenskinin Ofis rəhbərinin müavini Kirilo Timoşenko teleqramda məlumat yayıb.

 

Rusiya martın 9-da “sükut rejimi” elan edib və hərbçilər yerli vaxtla saat 10.00-dan 22.00-a qədər atəşkəsə razılaşıblar.

 

Bu müddət ərzində Ukraynanın bir sıra şəhərlərindən humanitar dəhlizlər açıq olacaq.

 

 



Xəbər xətti