Putin Ukraynadakı hərbi əməliyyatlara görə cinayət işinin açılmasını əmr etdi

23:00 9 Mart 2022

Rusiya prezidenti Vladimir Putin onun Ukraynaya təcili xidmət çağırışçılarının göndərilməməsi əmrinin pozulmasına dair hesabatı alıb. Musavat.com xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov açıqlayıb.Sitat.info xəbər veriri ki, Peskov bildirib ki, prezident hesabatı hərbi prokurorluğa göndərərək, ona hüquqi qiymət verilməsi və əmrini icra etməyən şəxslərin ciddi şəkildə cəzalandırılmasını tapşırıb.

Onun sözlərinə görə, hərbi əməliyyatlar başlanmazdan öncə V.Putin təcili xidmət çağırışçılarının orada iştirakına yol verilməməsini tapşırıbmış.

Lakin bu günlərdə məlum olub ki, ordu rəhbərliyində bəzi şəxslər bu tapşırığa əməl etməyiblər.



Xəbər xətti