"Bizə yönələn sanksiyalara qarşı cavab hazırlayırıq. Rusiya güclü cavab verəcək".
Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada keçirilən mətbuat konfransında bildirib.
“Elə tədbir alacağıq ki, Rusiya bir daha Qərbdən asılı vəziyyətə qalmayacaq. Bunun üzərində işləyirik. Biz nefti heç vaxt silah olaraq istifadə etməmişik. Amma bundan sonra fərqli olacaq” - nazir deyib.
Bundan əlavə, Lavrov qeyd edib ki, Rusiyanın Ukraynanaya hərbi sahədə yardım məsələsində "qırmızı xətti" var: "Burada onlar özləri üçün təhdid yeri axtarırlar".
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq olunub.