Makron və Şolts Putini atəşkəsə ÇAĞIRDI

19:30 10 Mart 2022

Almaniya və Fransa liderləri bu gün Rusiya prezidenti Vladimir Putinlə üçtərəfli telefon danışığı zamanı Ukraynada dərhal atəşkəsin olmasını tələb ediblər.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın Yelisey sarayı məlumat yayıb.

 

Almaniya kansleri Olaf Şoltz və Fransa Prezidenti Emmanuel Makron böhranın istənilən həllinin Rusiya və Ukrayna arasında danışıqlar yolu ilə aparılmalı olduğunu təkid ediblər.

 

Üç lider növbəti günlər ərzində bir-biri ilə sıx əlaqə saxlayacaqlarını bildiriblər.

 

Qeyd edək ki, Avropa İttifaqı liderləri Ukraynadakı müharibəni müzakirə etmək üçün bu gün Parisdən kənarda görüşəcəklər.



Xəbər xətti