Putin Ukrayna ilə müharibədən danışdı:  "Alçaldılmış vəziyyətdə..."

21:25 10 Mart 2022

Bir çox ölkələr alınan bütün qərarları qəbul edir və buna uyğunlaşıb. Lakin Rusiya belə acınacaqlı və alçaldılmış vəziyyətdə mövcud ola bilməz.

SİTAT.İNFO Ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Gec-tez bunlar baş verməli idi və indi baş verdi”, - deyə Kreml rəhbəri hökumət üzvləri ilə görüşündə bildirib.

“İndi sanksiya təzyiqi kompleks xarakter daşıyır və Rusiya üçün müəyyən problemlər yaradır, lakin biz əvvəlki illərdə çətinlikləri dəf etdiyimiz kimi, indi də onların öhdəsindən gələcəyik. Biz bu dövrü keçməliyik”.

Rusiya lideri qeyd edib ki, Rusiya iqtisadiyyatı yeni vəziyyətə uyğunlaşır: “Biz bütün sahələrdə idxalın əvəzlənməsini davam etdirəcəyik. Əminəm ki, hökumət üzvlərinin, aparıcı şirkətlərimizin sayəsində biz bütün çətinliklərin öhdəsindən gələcəyik”.



Xəbər xətti