“Xocalı və Xocavənd istiqamətində ordumuz separatçı-terrorçulara ağır zərbələr vurur”.
SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, bu qələbədən sonra ilk genişçaplı əməliyyatdır: "Azərbaycan ordusunun düşmənə zərbə vurduğunu həm yerli, həm erməni mənbələrində yayılan informasiyaların analizi deməyə əsas verir. Belə anlaşılır ki, proses 44 günlük müharibədən sonra ilk dəfə bu qədər genişçaplıdır”.
Qeyd edək ki, Müdafiə Nazirliyi Qarabağda vəziyyətin gərgin olması haqda məlumatları təkzib edir.
A.Nərimanlı vurğulayıb ki, nazirlik bu əməliyyat barədə açıqlama yaymamaqla düzgün addım atır.
Amma nazirlikdən yayılan açıqlamada da qeyd olunutr ki, ermənilər bu gün atəşkəsi yenidən pozublar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.