Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Avropa İttifaqına qəbulu proseduruna indi başlamağın mümkün olmadığını deyib.
APA xəbər verir ki, bu barədə Makron Versalda Aİ liderlərinin sammiti başlamazdan əvvəl jurnalistlərə bildirib.
“Bu axşam bu müzakirə olunacaq. Bildiyiniz kimi, üç ölkə - Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün rəsmi ərizə veriblər. Biz bu axşam onları müzakirə edəcəyik.
İlk növbədə mən hesab edirəm ki, bu dövrdə Ukraynaya və ukraynalılara güclü siqnal göndərməliyik. Amma diqqətli olmalıyıq. Bu gün müharibə olan bir ölkəyə bu proseduru aça bilərikmi? Düşünmürəm ”, - deyə Makron bildirib.