Rusiya Ukraynanın bu şəhərini ələ keçirdi

10:49 11 Mart 2022

Tanınmayan “DXR” qüvvələri Ukraynanın Volnovaxa şəhərini ələ keçirib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama verib.

“DXR” qruplaşması Volnova şəhərini azad edib. Həmçinin, Olqinka, Veliko-Anadol, Zelenıy Qay yaşayış məntəqələri də nəzarət altına alınıb. İrəliləyiş dərinliyi 6 kilometr təşkil edib”, - açıqlamada deyilir.

Rusiya Müdafiə Nazirliyi Mariupol şəhərinin mühasirə həlqəsinin də daraldığını elan edib.



Xəbər xətti