Zelenski Baydenlə Rusiyaya qarşı sanksiyaları müzakirə edib - FOTO

21:30 11 Mart 2022

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Co Baydenlə telefon danışığı aparıb.

Danışıqlar zamanı tərəflər Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə ediblər.

Bu barədə Ukrayna dövlət başçısı “Twitter”-dəki hesabında məlumat verib.

“ABŞ prezidenti Co Baydenlə məzmunlu söhbət etdim. Mən ona döyüş meydanındakı vəziyyəti, Rusiya Federasiyasının mülki əhaliyə qarşı cinayətləri barədə məlumat verdim. Biz Ukraynaya müdafiə dəstəyinin göstərilməsi və Rusiyaya qarşı sanksiya təzyiqinin artırılması üçün gələcək addımlar barədə razılığa gəldik”, - o, qeyd edib.



Xəbər xətti