Kiyev mühasirədə deyil, bütün lazımi məhsulların, dərmanların və yanacağın tədarükü təmin edilib.
Bu barədə telemarafon zamanı Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
“Kiyev şəhərindən həm qatarla, həm də maşınla çıxmaq olar. Biz mühasirəyə alınmamışıq, ölkənin başqa bölgələrinə çıxışımız var. Paytaxt bütün növ ərzaq, dərman, yanacaq təmin olunub və şəhərdə həyat üçün lazım olan hər şey var”, - deyə Denisenko bildirib.