Amerikalıların 81%-i Rusiyanı düşmən, 70%-i Ukraynanı dost sayır

22:50 12 Mart 2022

Amerikalıların 81%-i Ukraynanı özünə dost və müttəfiq, 70%-i isə Ruisyanı düşmən ölkə hesab etdiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “YouGov” təşkilatının keçirdiyi sorğudan belə nəticə çıxıb.

Amerikalılar arasında Ukraynaya qarşı dost münasibətin göstəricisi Fransa və ya Yaponiya ilə müqayisədə yüksəkdir, lakin Britaniya, Kanada və Avstraliyadan daha aşağıdır.

Ukraynaya müsbət yanaşan 81% amerikalıdan 29%-i onu müttəfiq də sayır.

Ölkənin iki hakim partiyasında da Ukraynaya rəğbət bəsləyənlərin sayı yüksəkdir.

ABŞ vətəndaşlarının 70%-nin Rusiyanı düşmən sayması sürpriz sayılmayıb. Bu göstəriciyə görə Rusiya federasiyası Şimali Koreya və İrandan belə aşağı mövqedədir.



Xəbər xətti