Cənubi Koreyanın yeni prezidenti Şimali Koreyanı dialoqa çağırıb

19:00 13 Mart 2022

Koreya Respublikasının yeni seçilmiş prezidenti Yoon Seok Yeol KXDR-i yarımadanın tam nüvəsizləşdirilməsi ilə bağlı dialoqa qayıtmağa çağırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Kim Eun Hee Seulda jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

"Ümid edirik ki, Şimali Koreya danışıqlar masasına qayıdacaq və tam nüvəsizləşdirməni müzakirə edəcək", - o vurğulayıb.

Bir neçə gün əvvəl Cənubi Koreya və ABŞ Şimali Koreyanın fevralın 27-də və martın 5-də raket buraxılışlarının Pxenyanın yeni qitələrarası ballistik raket inkişaf etdirmək səylərinin bir hissəsi olduğunu bəyan edib və Şimali Koreyanı tezliklə könüllü şəkildə moratoriumdan çıxması ilə bağlı xəbərdarlıq edib. KXDR bildirib ki, sınaqlar ABŞ hərbçilərinin hərəkətlərini izləmək üçün kəşfiyyat peykini orbitə çıxarmağa hazırlıq məqsədilə həyata keçirilib.

Cənubi Koreyada prezident seçkiləri martın 9-da keçirilib. Vətəndaş Qüvvəti Partiyasının namizədi Yoon Seok Yeol 48,56% səslə qalib gəlib.



Xəbər xətti