Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla söhbətində bildirib ki, London Ukraynanın özünümüdafiəsini gücləndirmək variantlarını axtarmağa davam edəcək.
Bu barədə “Report” Böyük Britaniya baş nazirinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
“Baş nazir Böyük Britaniyanın Ukraynaya davamlı dəstəyini vurğulayıb. O, Böyük Britaniyanın Ukraynanın özünümüdafiəsini gücləndirmək üçün daha çox variant axtarmağa davam edəcəyini söyləyib. Baş nazir bildirib ki, Böyük Britaniya bu dağıdıcı münaqişəyə son qoymaq üçün Ukraynanı bütün səylərində dəstəkləməyə davam edəcək”, - məlumatda deyilir.