"Bu gün Qərb, ABŞ bizə müəyyən dərəcədə hərbi-texniki yardım göstərir. Amma məncə, nə NATO, nə də ABŞ Rusiyaya hərbi müdaxilə edə bilməz, təzyiq göstərə bilməz. Məncə, bu məsələ artıq hamıya gün kimi aydındır".
Bunu Milli.Az-a açıqlamasında Kiyev Dünya Siyasət İnstitutunun dosenti, politoloq Yevqeni Maqda deyib.
O bildirib ki, tərəfdaşlarımız Ukraynanın hava məkanını bağlamağa kömək etməlidirlər:
"Kreml verdiyi qərarlar olduqca təhlükəlidir, bir o qədər də absurrdur. Ona görə də nə NATO, nə də bir başqa qüvvə Rusiyaya hərbi müdaxilə riskinə getməyəcək. Bu səbəbdən də Ukrayna Rusiyaya qarşı təkbaşına mübarizə aparmalı olacaq.
Bu gün, hər şeydən vacib təkcə sanksiyalar deyil, həm də Ukrauyna səmasının başlanması, havadan təhlükəsizliyinin ətmin edilməsi məsələdir. Vətəndaşlarımız havadan öldürməyə davam edəcəklər. Ona görə də Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün radikal addımlar atılmalıdır.
Tərəfdaşlarımız Ukraynanın hava məkanını bağlamağa kömək etməlidirlər. Bununla yanaşı təcili olaraq MiQ 29-ların Ukraynaya təcili tədarükünə ehtiyac var ki, ordumuz mümkün qədər tez, hərbi pilotlarımız, mümkün qədər tez təhlükəni dəf edə bilsinlər.
İndiki məqamda bizə ən çox da zenit-raket sistemləri lazımdır. Çünki yaşayış binalarına raket zərbələri endirilir. Fikrimcə, Ukrayna NATO-nun üzvü olmasa, NATO müharibənin taleyini həll edəcək müdaxilə etməsə, hərbi təchizatının da bir əhəmiyyəti qalmır.
Müharibənin taleyini ancaq ukraynalı hərbiçilərin, könüllülərin cəsarəti və əzmkarlığı həll edəcək. Bu gün Ukrayna-Rusiya hökümət nümayəndələri arasında keçirilən müharibənin dayandırılması istiqamətində danışıqların dördüncü raundundan müsbət bir irəliləyiş gözləmirəm. Yenə də bu heç bir nəticə əldə olunmayacaq".