Rusiya-Ukrayna savaşına qatılan terrorçular – Avropada ikinci Suriya...

21:15 14 Mart 2022

Rusiya-Ukrayna müharibəsi başlayandan hər iki tərəfdən muzdlu döyüşçülərin savaşa qatıldığı barədə tez-tez məlumatlara rast gəlirik. Rəsmi Kiyev iddia edir ki, Rusiya Suriyadakı muzdluları, “boevik”ləri ordusuna alır. Elə Ukrayna da boş dayanmır, xarici muzdlu döyüşçüləri qəbul edir, onları cəbhəyə yollayır. Bu barədə də xəbərlərlə ara-sıra rastlaşırıq.

Terror qruplaşmaları üçün bu cür müharibələrdə münbit şərait yarandığını da söyləmək olar. Çünki indiyədək münaqişə bölgələrində terrorçu təşkilatların bu şəkildə yerləşməsinin şahidi olmuşuq. Görünən odur ki, terror təşkilatları artıq Avropanın sərhədlərində özünə yuva qurur. Prosesin gedişatında nələr gözlənilir?

Ukrayna və Rusiya tərəfindən vuruşacaq əcnəbi muzdlu əsgərlər arasında terror qrupları da varmı?

Bu suallarla ekspertlərə müraciət etdik.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ukraynanın timsalında Avropada ikinci Suriyanın yarandığını təəssüflə qeyd etdi: “Ukraynadakı bu müharibə faktiki olaraq beynəlmiləl bir müharibəyə çevrilir. Avropanın mərkəzində ikinci Suriya yaranır. Suriyada 10 ildən çoxdur ki, müharibə davam edir. Burada müxtəlif dövlətlərin maraqları kəsişir, bir sözlə aləm bir-birinə qarışıb. Eyni situasiya indi də Ukraynada yaranmaqdadır. Zelenski də gizlətmir ki, müharibəyə “könüllülər” cəlb edirlər və onlara maaş da kəsiləcək. Rusiya bunun üstünü örtməyə çalışır. Guya gətirdiyi “könüllülər” pulsuz savaşacaq. Amma dünyanın heç bir yerində muzdlular pulsuz savaşmırlar. Suriyadan gətirdiyi muzdlulara aylıq məvacib kəsiləcək.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Dünyanın heç bir yerində muzdlular pulsuz savaşmırlar”

Təəssüflər olsun ki, Ukrayna böyük qarşıdurma məkanına çevrilməkdədir. Bu sırada terrorçular da bura gələ bilərlər. Çünki kim bilir ki, Rusiya Yaxın Şərqdən, xüsusilə, Suriyadan kimləri savaşa cəlb edəcək. Suriyada müxtəlif terrorçu qruplar var. Bəşər Əsədin tərəfindən vuruşanların terrorçular olduğu bütün dünyaya məlumdur. Həmin qruplaşmanın üzvləri də Ukraynaya gələcəklər. Çünki onların maliyyə ehtiyacları var. Bu baxımdan vəziyyət getdikcə gərginləşəcək. Hətta müharibə bitsə belə, “könüllülər”in Ukraynadan çıxarılması, terrorçuların bu bölgədən uzaqlaşdırılması belə zaman alacaq”.

İşğaldan Azad Olunmuş Kəndlərin Hərbi Əhəmiyyəti. Ruslan İmamquliyev  AÇIQLAMA - YouTube

Ruslan İmamquliyev: “Bu təşəbbüs əməliyyatlarda üstünlük qazanmaq üçün təsiredici ola bilər, amma...”

Hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev muzdlular vasitəsilə döyüşlərin gedişatını dəyişməyə cəhdlərin olduğunu bildirdi: “Dünyada gedən müharibələrin gedişatı sürətlə dəyişməkdədir. Buna bir çox adlar qoymaq olar, asimmetrik, hibrid, proksi müharibələrinin həyata keçirilməsi və sairə. Bunlardan proksi müharibələri qeyd etdiyimizdə münaqişə tərəflərinin özləri də istifadə edilən oyunçular olmasına baxmayaraq Ukrayna Rusiya müharibəsində görünən odur ki, artıq onlar da kimləri isə muzdlu olaraq cəlb edib döyüşlərin gedişatını dəyişmək istəyirlər. Ukrayna ilə Rusiya arasında gedən müharibədə Qərbin dəstəyi ilə Ukrayna ilk addımı atmış oldu. İlk növbədə, burada Legion Beynəlxalq Ordunun yaradılması yönündə ortaya atılan təşəbbüsü göstərmək olar. Təbii ki, burada Rusiyanın da adekvat addımlar atması gözlənilən idi və daha əvvəllər təcrübəsi olan muzdlu qüvvələrin əməliyyat sahəsinə cəlb olunması ilə qarşılıq verdi. Bu təşəbbüs əməliyyatlarda üstünlük qazanmaq üçün təsiredici ola bilər, amma gələcəkdə sülhə təhlükə yaratması da mümkündür. Bu səbəblə bəhs olunan istiqamətdə addımlar atarkən çox daha diqqətli olmaq lazımdır”.



Xəbər xətti