Zelenski Rusiya ilə danışıqların bu gün də davam etdiriləcəyini bildirib

08:06 15 Mart 2022

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh danışıqlarının bu gün davam etdiriləcəyini bildirib.

APA  xəbər veriri ki, bu barədə TASS agentliyi məlumat yayıb.

O, həmçinin Polşa prezidenti Anjey Duda, Lüksemburqun baş naziri Xavier Bettel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə danışıqlar apardığını bildirib.

“İsrailin baş naziri Naftali Bennett ilə söhbət bu müharibəni mümkün qədər tez və ədalətli sülh yolu ilə bitirmək üçün danışıqları artırmaq idi. Nümayəndə heyətimiz Rusiya tərəfi ilə danışıqlarda da bunun üzərində işləmişdir”, - deyə Ukrayna rəhbəri bildirib.



Xəbər xətti