Suriyalı döyüşçülər Ukrayna sərhədinə gəlib.
SİTAT.İNFO Sfera.az-a istinadən bildirir ki, ötən həftə Yaxın Şərqdən Ukraynaya döyüşçülərin gələcəyini açıqlayan Putin planını həyata keçirib. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, indiyədək 40 mindən çox suriyalı döyüşçü Rusiyaya müraciət edib, onlardan 400-ü Rusiyada Ukrayna sərhədi yaxınlığındakı düşərgələrdə təlimlərə başlayıb.
Digər tərəfdən, Kiyevdə partlayış səslərinə oyanan prezident Zelenski rus əsgərlərini "təslim olmağa” çağırıb və onlara humanist münasibət göstəriləcəyini vəd edib. "Ukrayna xalqı adından sizə yaşamaq şansı veririk. Əgər təslim olsanız, biz də sizinlə insanlarla necə rəftar edilməlidirsə, o cür davranacağıq”, - deyə Volodimir çıxışı zamanı söyləyib.
Xatırladaq ki, Rusiya prezidenti Putin ötən həftə Ukraynada Rusiya sıralarında iştirak edəcək Yaxın Şərqdən olan "könüllü döyüşçülərin” yer alacağını açıqlamışdı.