“6 yanvar 2021-ci ildə keçirilmiş “2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə” dövlət başçısı 2021-ci il üçün qarşıda duran hədəflər haqqında danşarkən qeyd etmişdir ki, “Bizim 2021-ci ildə işlərimiz çoxdur. bizim ənənəvi infrastruktur layihələrimiz demək olar ki, başa çatmaq üzrədir. Ona görə bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır”. Məhz bu müşavirədə Dövlət başçısı hökumət qarşısında 2021-ci il üçün əsas hədəfləri də müəyyən edib”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu fikirləri parlamentdəki çıxışında söylədi. Komitə rəhbəri dedi ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın qiymətləndirilməsi üçün bu hədəflərə nail olunma vəziyyəti mühüm rol oynayır: “Dövlət başçısı tərəfinən müəyyən edilmiş hədəflər və onlara hökumət tərəfindən nail olunma vəziyyəti əsasən aşağıdakılardam ibarət olmuşdur:
1-ci hədəf: Şuşa şəhəri avtomobil yolunun tikilməsi. Hesabat ilində uzunluğu 101 km oln Əhmədbəyli-Füzuli-Şuşa Zəfər Yolu istismara verilmişdir.
2-ci hədəf: Füzuli şəhərində aeroportun fəaliyyət başlaması. Hesabat ilində Qarabağın hava qapisı adlandırılan Füzuli beynəlxalq aeroportu isifadətə verilmiş. Zəngilan və Laçın hava limanlarının isə bünövrəsi qoyulmuşdur.
3-cü hədəf: Elektrik enerjisi ilə bağlı planların həyata keçirilməsi. Hesabat ilində işğaldan azad edilmiş ərazilərdə SES-ları, Rəqəmsal yarımstansiyalar inşa edilmiş, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlar yaradılmışdır
4-cü hədəf: Horadiz-Ağbənd, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinə başlanılması.
5-ci hədəf: Azad edilmiş torpaqlarda kənd təsərrüfatı inkişaf etdirilməsi.
6-cı hədəf: Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlərin aparılması
7-ci hədəf: Qarabağ bölgəsinin çox zəngin turizm potensialının işə salınması”.