Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.
Tərəflər Qarabağı, həmçinin Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsini, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını, Ermənistanla Türkiyə arasında əlaqələrin normallaşmasını müzakirə ediblər.