“Rusiya Federasiyası prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniya zamanı 3 əsas səhvə yol verib”.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın “The Economist” qəzetində analitik yazı dərc olunub.
“İlk səhv düşməni düzgün qiymətləndirməməklə bağlıdır. Görünür, Rusiya prezidenti öz təbliğat maşınının “Ukraynanın ABŞ MKİ tərəfindən yaradılan, xalqın nifrət etdiyi dələduzlarun idarə etdiyi saxta ölkə olması” yalanına inanıbmış”,-deyə məqalədə bildirilib.
“İkinci səhv silahlı qüvvələrin düzgün idarə olunmaması ilə əlaqədardır. Rusiya hərbi-hava qüvvələri hələ də Ukryna səmalarında tam hökmranlığa malik deyil. Üstəlik, prezident öz xalqını Rusiyada müharibə aparmadığına, sadəcə, “denasifikasiya əməliyyatını həyata keçirdiyinə” inandırmağa çalışır. Qarşıda kimin olacağından xəbəri olmayan əsgərlər isə yelri xalqın onları xilasedici kimi qarşılayacağını düşünürdülər. İndi əgər həmin əsgərlərə ukraynalıları kütləvi qətlə yetirməyi əmr etsələr, onlar tabe olmaya bilərlər”,-deyə “The Economist” yazır.
“Üçüncü səhv isə Qərbi heçə saymaqdır. Yəqin ki, o, londonluların Ukrayna himnini ayaq üstə alqışlamasından, Berlində Brandenburq qapılarının göy-sarı rənglə işıqlandırılmasından çox təəccüblənib”,-deyə məqalədə qeyd olunur.