Zelenski Rusiyanın hərəkətlərinin təbliğatını qadağan edən qanunu imzalayıb

07:25 16 Mart 2022

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərəkətlərini təbliğatı ilə bağlı informasiyaların hazırlanması və yayılmasını qadağan edən qanunu imzalayıb.

“Report”un məlumatına görə, bu barədə “RBK-Ukraina” Ali Radanın saytına istinadən xəbər verir.

Qanuna əsasən Rusiya Federasiyasının təcavüzünə haqq qazandırmaq və onu vətəndaş müharibəsi kimi təqdim etmək; Rusiya Federasiyasının hərbçilərini, muzdluları və özünü rusiyapərəst elan edən digər qrupların üzvlərini, xüsusən də onları "könüllülər" və "nəzakətli insanlar" adlandırmaq olmaz.

Rusiya Federasiyasının təcavüzünə haqq qazandırmaq, inkar etmək və tərifləmək cinayət məsuliyyəti yaradır.

Qanunla həmçinin 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı silahlı hücumuna bəhanə gətirmək, legitim tanımaq, təkzib etmək qadağan olunub.

“Daxili münaqişə”, “vətəndaş müharibəsi”, “vətəndaş münaqişəsi” ifadələrindən istifadə etmək olmaz.

Bu fərman siyasi partiyalara və ictimai təşkilatlara da şamil edilir.



Xəbər xətti