Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü ABŞ Konqresi qarşısında çıxış edəcəyini təsdiqləyib.
Bu barədə Ukrayna lideri “Facebook” hesabında yayımlanan videomüraciətində qeyd edib.
“Çərşənbə günü ABŞ Konqresində çıxışım planlaşdırılıb. Vacib hadisədir”, - deyə V.Zelenski bildirib.
O, həmçinin Ukraynaya dəstək üçün ayrılmış 13,6 milyardlıq yardım paketi səbəbilə ABŞ Prezidenti Co Baydenə təşəkkürünü çatdırıb.