Moskva Ukraynanın İsveç və ya Avstriya nümunəsində öz ordusuna malik olmaqla silahsızlaşdırılmış dövlətə çevirmək ideyasını nəzərdən keçirməyə hazırdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Bu, hazırda həqiqətən müzakirə olunan və real kompromis hesab edilə bilən variantdır”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Kiyevin İsveç və ya Avstriyanın nümunəsində silahsızdırılmış dövlətin yaradılması təklifi irəli sürdüyünü Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski açıqlayıb.