“Rusiyanın Ukraynaya hücumu əslində 2014-də, Krımın işğalı ilə başlayıb”.
Musavat.com Ukrayna mediasına istinadən xəbər veir ki, bu barədə prezident Vladimir Zelenskinin xalqa növbəti müraciətində deyilir.
“8 il bundan öncə Rusiya dövləti Krım ərazisində “feyk” referendum keçirib. Daha sonra isə bundan ölkəmizi ələ keçirməkdən ötrü əlində əsas olaraq götürüb”, - deyə dövlət başçısı söyləyib.
Vladimir Zelenskinin sözlərinə görə, Krımın işğal aktı həm də Avropada II dünya müharibəsindən sonra qurulan təhlükəsizlik arixitekturasının pozulması demək olub.
Ukrayna lideri Krımın işğalına görə əvvəlki rəhbərliyin də günah sahibi olduğunu deyib.
“Əgər həmin vaxt indi bizim göstərdiyimiz müqavimətin heç olmasa işarəsi belə verisləydi, o zaman dünya da hadisələrə hazırkı dövrdəki olardı”,-deyə o, bildirib.
Prezident Zelenskinin fikrincə, bütün şər Krımın işğalından sonra doğulub. “”Bizim öz zəifliyimiz, Rusiyanın aqressiv hərəkətləri bütün bunlara rəvac verdi”,-deyə, ökə rəhbəri vurğulayıb.