Paşinyan və Putin telefonla danışıb: Türkiyə, Qarabağ və Nikolun Rusiya səfəri müzakirə olunub

21:15 16 Mart 2022

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Musavat.com erməni qaynaqlarına istinadən xəbər verir ki, həmsöhbətlər Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib, üçtərəfli bəyanatlarda nəzərdə tutulan razılaşmaların icrasına toxunublar.

Nikol Paşinyan və Vladimir Putin Ermənistanın sülh sazişi üzrə danışıqların təşkili ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciəti barədə də danışıblar.

Hayların "Telegram" kanalları yazır ki, Ermənistan və Rusiya başçıları Ermənistan-Türkiyə dialoqu, son regional hadisələr və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Ermənistanın baş nazirinin Rusiya Federasiyasına gözlənilən rəsmi səfəri ilə bağlı məsələlər müzakirə olunub. Buradan belə məlum olur ki, Paşinyan yaxın günlərdə Moskvaya gedəcək.



Xəbər xətti