İsraildə terror akt törədən şəxsin kimliyi məlum olub

09:30 30 Mart 2022

İsrailin Bney Brak şəhərində terror hücumu həyata keçirən şəxsin kimliyi məlum olub.

SİTAT.İNFO Report-a istinadən xəbər verirki,məlumata görə, həmin şəxs Samariyanın şimalındakı Yabed kəndindən olan 26 yaşlı fələstinli Dia Hamarşdır. O, yerli vaxtla saat 20:00 radələrində Bney Brakın Şnayim küçəsində M16 avtomat silahından atəş açıb. Terrorçu orada üç mülki sakini öldürüb və Herzl küçəsində yola davam davam edərək daha bir neçə nəfəri güllələyib.

Cinayətkar zərərsizləşdirilib. İsrailin baş naziri Naftali Bennetin hücumla bağlı təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparıb.

Qeyd edək ki, bu, İsraildə bir həftə ərzində üçüncü terror aktıdır. Martın 27-də Hadera şəhərində odlu silahdan istifadə edilən hücum zamanı iki sərhəd polisi həlak olub, daha 12 israilli müxtəlif dərəcəli ağır xəsarətlər alıblar. Martın 22-də isə İsrailin cənubundakı Beer Şeva şəhərində İŞİD-in bıçaqlı əməliyyatçısının həyata keçirdiyi hücum nəticəsində beş israilli həlak olub.

Hücum zamanı ölənlərin də adları da məlum olub. Qeyd edilir ki, terrorçunu güllələyən polis məmuru Amir Xuri özü də həlak olub. Hadisə zamanı Nof A Qalil, Yakov Şalom, ravvin Avişai Yehezkel öldürülüb. Öldürülənlər arasında müharibədən qaçıb İsrailə gələn ukraynalı cütlük də var.



Xəbər xətti