Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində iki böyük raket və artilleriya silahı anbarını “İsgəndər” operativ-taktiki raket kompleksi ilə məhv edib.
SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
O əlavə edib ki, son sutka ərzində operativ-taktiki aviasiya və raket qüvvələri Ukraynanın 64 hərbi obyektini vurub.
Konaşenkovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Starokonstantinov və Xmelnitski vilayətlərindəki böyük yanacaq anbarlarını havadan buraxılan raketlərlə məhv edib. “Yüksək dəqiqlikli havadan buraxılan raketlər Starokonstantinov və Xmelnitski vilayətlərindəki böyük yanacaq anbarlarını məhv edib, hansı ki, oradan Ukrayna qoşunlarının Donbassdakı zirehli texnikası üçün yanacaq verilirdi".
Ötən gün ərzində Rusiya aviasiyası Ukrayna Silahlı Qüvvələrinin üç zenit-raket kompleksini - bir S-300 və iki Buk-M1-i məhv edib.
Rusiya Federasiyasının aviasiyası Nikolayev vilayətinin Berezneqovatoe kəndi ərazisində Ukrayna xüsusi təyinatlı qüvvələrinin qərargahına zərbələr endirib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 124 təyyarə və 77 helikopter, 214 zenit-raket kompleksi, 321 pilotsuz uçuş aparatı, 1752 tank və digər zirehli döyüş texnikası, 184 reaktiv yaylım atəş sistemi, 734 səhra artilleriya silahı və minaatan qurğuları, həmçinin 1640 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.