Kristin Laqard: "Ukraynadakı müharibə Avropada yaşayış xərclərini artırır"

18:55 30 Mart 2022

"Rusiyanın Ukraynada apardığı müharibə Avropa İttifaqı məkanının iqtisadiyyatında getdikcə artan fəsadlar doğurur".

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard Kiprə səfəri zamanı bildirib.

Onun fikrincə, Ukrayna – Rusiya münaqişəsi pandemiyadan sonra iqtisadiyyatda gözlənilən sürətli dirçəlişi əngəlləyib.

O, həmçinin regiona lazımi sərmayələrin maneəsiz yatırılması üçün müvafiq plan hazırlanmasının zəruri olduğunu da dilə gətirib.

Bununla yanaşı, Ukrayna və Rusiyanın dünya buğda bazarında 30 faizlik paya sahib olması nəzərə alınaraq ərzağın böyük ehtimalla bahalaşacağı da diqqətə çatdırılıb.



Xəbər xətti