Türkiyə Prezidenti Ərdoğan Özbəkistanda təmtəraqla qarşılandı - VİDEO

20:30 30 Mart 2022

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana rəsmi səfər edib. Türkiyə dövlət başçısı özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşüb.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, Türkiyə lideri səfər çərçivəsində paytaxt Daşkəndlə yanaşı, Özbəkistanın qədim tarixə malik Xivə şəhərini də ziyarət edib.

Özbəkistan rəsmiləri R.T. Ərdoğanı böyük təmtəraq və sevinclə qarşılayıblar.

Qeyd edək ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimovun liderliyi dövründə Türkiyə ilə münasibətlər qənaətbəxş olmayıb.

SİTAT.İNFO olaraq R.T. Ərdoğanın Xivə şəhərində qarşılanma anının görüntülərini təqdim edirik:



Xəbər xətti