Türkiyə S-400 “Triumf” zenit-raket komplekslərinə alternativ olaraq digər raket əleyhinə müdafiə sistemləri almaq istəyir.
Apa Tass agentliyinə istnadən xəbər verir ki, bu barədə Türkiyəninn milli müdafiə naziri Hulisi Akar bildirib.
Onun sözlərinə görə, S-400 ölkə üçün zəruri idi.
Ancaq Ankara hazırda digər müdafiə sistemlərinin alınması üçün Fransa və İtaliya ilə danışıqlar aparır.
Nazir alternativin tapılacağına və Türkiyənin bu sistemləri alacağına əminliyini ifadə edib.